Ukrayna Premyer Liqa təmsilçisi “Olimpik”də iki nəfər koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, bu barədə Donetsk klubunun saytı məlumat yayıb.

Virusa yoluxanların şəxsiyyəti açıqlanmayıb. Hadisə səbəbindən bu gün “Karpatı”ya qarşı keçirilməli olan çempionat matçı təxirə salınıb.

Daha öncə Ukraynanın “Kapratı” və “Rux” klublarında da koronavirusa yoluxma halları aşkarlanmışdı.