Ukrayna klubunun 13 futbolçusunda koronavirus aşkarlandı
- 05 İyl 2020 21:45
- 599
Ukraynanın “Metallurq” klubunda koronavirus infeksiyasına kütləvi yoluxma halı aşkarlanıb.
Rekord.az xəbər verir ki, bu barədə Zaporojye təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə testdən keçən 32 futbolçudan 13-də müsbət nəticə çıxdığı diqqətə çatıdırlıb. Onların hamısı karantinə alınıb, vəziyyətlərinin yaxşı olduğu bildirilir.
Qeyd edək ki, Ukraynanın 2-ci liqasında çıxış edən komanda 11 xalla 16 komanda arasında 15-ci yerdədir.