Ukrayna klubunun 4 üzvündə koronavirus aşkarlandı
- 20 İyn 2020 13:42
- 536
Ukraynanın 1-ci liqasında mübarizə aparan "Rux" klubu futbolçular, məşqçilər heyəti və əməkdaşlarının koronavirus testlərinin nəticələrini açıqlayıb.
Rekord.az xəbər verir ki, 3 oyunçu və 1 klub işçisində infeksiya aşkarlanıb.
Virusa yoluxan futbolçulardan 2-si müdafiəçi, 1-i yarımmüdafiəçidir. Daha bir neçə oyunçunun vəziyyəti isə şübhəlidir. Dərhal karantinə alınan komanda üzvləri yaxın günlərdə ikinci dəfə testdən keçiriləcəklər.
Bununla bağlı yerli assosiasiyanın tibbi və idman komitəsinə, həmçinin Peşəkar Futbol Liqasına məlumat verən Lvov təmsilçisi iyunun 24-nə nəzərdə tutulan 20-ci turun "Aqrobiznes"lə ev oyununun təxirə salınmasını xahiş edib.
Qeyd edək ki, Ukraynada daha əvvəl "Karpatı" klubunun 26 üzvündə koronavirus aşkarlanıb.