Ukrayna klubunun hücumçusu Azərbaycan millisinə çağırıldı
- 21 May 2021 18:00
- 561
Ukraynanın “Minay” klubunun futbolçuları – Anatoli Nuriyev və Rüstəm Əhmədzadə Azərbaycan milli komandasına dəvət alıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə, hər iki futbolçunun Azərbaycan yığmasının mayın 22-dən iyunun 6-na qədər davam edəcək toplanışına çağırıldığı bildirilib.
Rüstəm Əhmədzadə ilk dəfə Azərbaycan yığmasına çağırılıb. Nuriyev isə bundan əvvəl millidə üç oyuna çıxıb.