Ukrayna millisində daha 3 futbolçu koronavirusa yoluxdu
- 16 Noy 2020 19:20
- 633
Futbol üzrə Ukrayna millisində daha üç nəfər koronavirusa yoluxub.
Rekord.az xəbər verir ki, bu barədə yerli federasiya məlumat yayıb.
Eduard Sobol, Yevgeni Makarenko və Dmitri Riznikin koronavirus testi pozitiv olub. Hər üç futbolçu millidən kənarlaşdırılıb.
Bununla da, Ukrayna millisində koronavirusa yoluxanların sayı 7-yə çatıb.