Ukraynanı təmsil edən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov sevimli məşğuliyyətlərindən danışıb.

Rekord.az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan 23 yaşlı həmyerlimiz maraqlı televiziya proqramlarını izləməyi xoşladığını vurğulayıb:

"Amma daha çox balıq tutmağı və dincəlməyi sevirəm. Bunlar mənim hobbimdir.

Bədənimin və ruhumun dincəldiyi ən sevimli yer isə ata ocağıdır".