Ukrayna millisinin futbolçusu Denis Popov yığmanın düşərgəsini tərk edib.

Rekord.az Ukrayna Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, məşqçi heyəti zədə səbəbindən Avro-2020-də heç bir oyuna çıxmayan müdafiəçini İsveçlə oyun öncəsi yığmanın heyətindən çıxarmğa qərar verib.

Beləliklə, o, Avro-2020-də oynamayacaq.

Kiyevə qayıtdıqdan sonra Popov klubu "Dinamo"da reabilitasiya keçəcək.

Qeyd edək ki, Ukrayna iyunun 29-u Polşanın Qlazqo şəhərində İsveçlə qarşılaşacaq.