Ukrayna millisinin keçmiş üzvü müharibədə həlak oldu
- 22 Apr 2022 19:00
- 535
Atıcılıq üzrə Ukrayna millisinin sabiq üzvü İvan Bidnyak Rusiya ilə müharibədə həyatını itirib.
Rekord.az xəbər verir ki, bu haqda Ukrayna Milli Olimpiya Komitəsi məlumat yayıb. Beynəlxalq dərəcəli idman ustası Xerson vilayətində, 36 yaşında vəfat edib.
İvan Bidnyak 2010 və 2013-cü ildəki Avropa çempionatlarında gümüş medal qazanıb. O, London-2012 Yay Olimpiya Oyunlarının iştirakçısı olub.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.