3x3 basketbol üzrə Dünya Qadın Seriyasının "Astara" mərhələsi çərçivəsində qrupdakı hər iki oyununu qələbə ilə başa vuran Ukrayna millisi 1/4 finala vəsiqə qazanıb.

Rekord.az xəbər verir ki, Misir üzərindəki qələbədən sonra komana üzvləri maraqlı addım atıb.

Onlar media və azarkeşlər önündə üzərində "Braynsk Ukrayna" yazılan Ukrayna bayrağını nümayiş etdirib.

Qeyd edək ki, Braynsk Ukraynanın şəhəridir və fevral ayında Rusiya ordusu tərəfindən işğal edilib.