Ukrayna millisinin üzvü "Benfika"da
- 02 Avq 2021 12:20
- 568
Ukrayna milli komandasının və “Gent”in futbolçusu Roman Yaremçuk karyerasını Portuqaliyada davam etdirəcək.
Rekord.az xəbər verir ki, 25 yaşlı hücumçu “Benfika”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yaremçukla 2026-cı ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Yaremçuk “Gent”də 152 oyunda 61 qol vurub. Hücumçu Ukrayna yığmasında 29 oyunda 10 dəfə fərqlənib.