Ukraynalı boksçu Artyom Moşa ölkəsindəki müharibədə həyatını itirib.

Rekord.az xəbər verir ki, bu barədə idmançının anası İrina Yeqorçenko "Facebook"da paylaşım edib.

O, oğlunun Kiyevin müdafiəsi uğrunda gedən döyüşlərdə həlak olduğunu yazıb.

Qeyd edək ki, Artyom Moşanın karyerasında ən böyük uğuru Kiyev çempionluğudur.