Ukraynada nazirlər iclasa millinin formasında gəldi FOTOLAR
- 01 İyl 2021 16:51
- 536
Ukrayna hökumətinin bu gün keçirilən iclasında nazirlər maraqlı addımla yadda qalıblar.
Rekord.az xəbər verir ki, Baş nazir Denis Şmıqal başda olmaqla nazirlər iclasa milli futbol komandasının formasında qatılıblar.
Bununla da onlar milliyə təbriklərini çatdırıblar. Baş nazir dünən Avro-2020-nin İsveçlə oyundakı uğurlu nəticəyə görə komandaya təşəkkürünü bildirib.
1/8 finalda 2:1 hesabı ilə qələbə qazanan Ukrayna millisi növbəti mərhələyə vəsiqə qazanıb.