Ukraynalı basketbolçu: "Hər kəs bizi təbəssümlə qarşılayır, yaxınlaşıb şəkil çəkdirir" MÜSAHİBƏ
- 21 May 2023 12:00
- 548
3x3 basketbol üzrə Dünya Qadın Seriyasının "Astara" mərhələsi çərçivəsində uğurla çıxış edərək 1/4 finala vəsiqə qazanan Ukrayna millisinin basketbolçusu Veronika Koşmaç Rekord.az-a müsahibə verib:
- Öncə qələbə münasbəti ilə təbrik edirik.
- Çox sağ olun.
- Yarışla, ölkəmizlə bağlı təəssüratlarınızı alardıq...
- Yarış güclü yarışdı. Bir çox komanda iştirak üçün bura gəlib. Bu mənada hara gəldiyimizi bilirdik və buna hazır idik. İnsanların bizə münasibəti isə çox xoşdur. Hər kəs bizi təbəssümlə qarşılayır, yaxınlaşıb şəkil çəkdirir. Bir sözlə, Azərbaycan xalqı sadəcə, möhtəşəmdə və Ukraynaya dəstəklərinə görə, hər kəsə öz minnətdarlığımı bildirirəm.
- İlk dəfədir Azərbaycan olursunuz?
- Bəli, Azərbaycanda ilk dəfədir oluram. Amma Türkiyədə olmuşam, deyim ki, bu iki xalq bir-birinə çox oxşardı. Azərbaycan xalqını da çox bəyəndim, çox səmimi, mehriban, qonaqpərvər insanlardı.
- Turnirdən gözləntiniz nədir. Artıq qrup mərhələsini geridə qoymusunuz?
- Əlbəttə ki, hədəfimiz ilk pilləni tutmaqdı.
- Motivasiyanız necədir? Bilirik ki, ölkənizdə müharibə gedir və vəziyyət o qədər də yaxşı deyil...
- Biz artıq bu dəhşətli mənzərəyə öyrəşmişik, həyəcan siqnalı altında məşq etməyə alışmışıq. Buna baxmayaraq, motivasiya problemimiz yoxdur, çünki xalqımızı təmsil edirik və Ukrayna xalqının xarakterini hər kəsə sübut etmək istəyirik.
Anar XANLAROV, Astara