Ukraynalı məşqçi "Sumqayıt" haqda nə dedi?
- 28 Yan 2020 13:24
- 792
"Şaxtyor"un baş məşqçisi Vyaçeslav Qroznı Qazaxıstan mətbuatına açıqlama verib.
Rekord.az xəbər verir ki, 63 yaşlı mütəxəssis Antalya toplanışı çərçivəsində "Sumqayıt"a 2:4 hesabı ilə uduzduqları görüşü şərh edib.
Karaqanda klubunun ukraynalı çalışdırıcısı indi hadisələrə daha sakit qiymət verdiyini deyib.
"Əvvəllər çox emosional idim, hər şeyə dərhal reaksiya verirdim. İndi belə deyil. Anlayıram ki, futbolçularım çoxdandır birlikdə məşq etmirlər. Bu halda oynamaq onlara çox çətindir, tam formada deyillər. Azərbaycan Premyer Liqasında 4-cü pillədə qərarlaşan "Sumqayıt" həm oyun təcrübəsi, həm də formada olmaq baxımından indiki halda bizdən daha yaxşıdır. Çünki onlar bir neçə gündən sonra çempionat oyununa çıxacaqlar. Bizim liqanın başlanmasına isə hələ çox var".