Samuel Umtitinin “Barsa”nı tərk etmək istəməməsi klub rəhbərliyini qəzəbləndirib.

Rekord.az xəbər verir ki, müdafiəçiyə bir neçə klubdan təklif olsa da, o, bunların hamısından imtina edib.

Rəhbərlik isə onun bu davranışının qəbuledilməz olduğunu bildirib.

Fransız futbolçuya bildiriblər ki, əvvəlki oyun səviyyəsinə çatması üçün klubunu dəyişməsi məqbuldur. Məlumata görə, rəhbərlik yaxın bir neçə gündə Samuellə görüşəcək.

Əgər futbolçu dediyindən dönməsə, onda “Barsa” rəhbərliyinin daha radikal addımlar atacağı gözlənilir.

Umtiti “Barsa”ya 2016-cı ildə “Lion”dan keçib.