Mayın 5-də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş I Kubok turnirinə start veriləcək. "Rekord.az" xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq yarışda veteran kişi voleybolçular iştirak edəcəklər. 

4 komandanın mübarizə aparacağı turnir dairəvi sistemlə keçiriləcək. Yarışın qalibi mayın 7-də müəyyən olunacaq.

Oyunların cədvəli

5 may

   19:00 "İceland" - "Bosşelf"

   20:30 "Saatlı" - "Algo Beach"

6 may

   16:00 "Saatlı" - "İceland"

   17:30 "Algo Beach" - "Bosşelf"

7 may

   12:00 "İceland" - "Algo Beach"

   14:00 "Bosşelf" - "Saatlı"