Unay Emeri: “Qarabağ”ın çox şən, cəlbedici oyunu var”
- 30 Okt 2020 00:28
- 694
İspaniyanın "Vilyarreal" klubunun baş məşqçisi Unay Emeri Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib:
Rekord.az xəbər verir ki, ispan mütəxəssis, 3:1 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
- Maraqlı və rəqabətə davamlı oyun oldu. İlk hissədə "Qarabağ" baxımlı oyun göstərdi. Birinci hissədə istədiyim komandanı meydanda görmədim. Amma ikinci hissədə komandam özünə gəldi və düşünürəm ki, layiqli qələbə qazandıq.
- Daha əvvəl gördüyünüz "Qarabağ"la indiki arasında nə fərq gördüz?
- "Qarabağ"ın çox şən və cəlbedici oyunu var. Müqayisə edəndə, hardasa oxşarlıq var. "Qarabağ"ın yaxşı hücumameyilli futbolçuları var.
- "Qarabağ" hesabı açanda 3 qol vuracağınızı düşünürdüz, yoxsa artq məğlubiyyət gözləyirdiz?
- Əsas olan qol buraxdıqdan sonra sakitliyi qorumaqqdır. Qol vuracağımıza inanırdım.
- La Liqada belə epizodlarda penalti təyin edilə bilərmi?
- Penalti oyunun nəticəsini müəyyənləşdirmədi. Onsuz da hesabda öndə idik və qələbə qazanırdıq. VAR sistemi olsaydı, daha dəqiq deyə bilərik. Bəlkə də, təmas var idi, amma belə dəqiq deyə bilmərəm.
- Sizcə, "Qarabağ"ın qrupdan çıxma şansı necədir?
- Bizim üçün bu gün qələbə qazanmaq önəmli idi. Düzdür, qarşıda oyunlar var. "Qarabağ"ın qrupdan çıxmaq imkanları var.
- "Sivasspor" və "Qarabağ"la qarşılaşdız. Hansı komandanın oyunu sizin üçün daha çətin oldu?
- Hər iki komanda ilə oyun bizim üçün çətin oldu. Türkiyə çempionatı daha çətindir. "Makkabi"ni tanımıram, amma "Qarabağ" daha təcrübəlidir və yaxşı legionerləri var. "Qarabağ"ın qarşıdakı oyunlarda xal qazanacağına inanıram.