Qadın voleybolçular arasında Azərbaycan birinciliyində daha bir oyun keçirilib. "Rekord.az" xəbər verir ki, Super Liqada bu gün "Murov"la "UNEC" üz-üzə gəliblər.

Görüş birincilərin üstünlüyü ilə keçib. "Murov" 3 hissə davam etmiş qarşılaşmada quru hesablı qələbəni bayram edib.

Super Liqa

28 fevral
  “Murov”- UNEC 3:0 (25:15, 25:13, 25:20)