“Sevilya”nın yeni baş məşqçisi müəyyənləşib.

Rekord.az xəbər verir ki, La Liqa təmsilçisini bundan sonra Dieqo Alonso çalışdıracaq.

Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. 48 yaşlı uruqvaylı mütəxəssislə 2023/24 mövsümünün sonuna kimi müqavilə imzalanıb.

Alonsonun son iş yeri Uruqvay millisi olub. O, əvvəllər “İnter Mayami”, “Monterrey”, “Paçuka”, “Olimpiya”, “Penyarol”, “Quarani” kimi komandaları da çalışdırıb.

“Seviliya" 8 oyundan sonra turnir cədvəlində 8 xalla 14-cü pillədə qərarlaşıb.