Uruqvay millisinin daha bir üzvündə koronavirus aşkarlandı
- 20 Noy 2020 20:40
- 610
Futbol üzrə Uruqvay yığmasında bir neçə futbolçunun koronavirusa yoluxduğunu xəbər vermişdik.
Rekord.az xəbər verir ki, İtaliyanın “Kalyari” klubunun müdafiəçisi Dieqo Qodin də millinin düşərgəsindən qayıtdıqdan sonra COVİD-19 testindən keçib.
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 34 yaşlı futbolçuda da koronavirus aşkarlanıb. “Kalyari”nin digər futbolçuları ilə kontaktda olmayan müdafiəçi dərhal karantinə alınıb.