“Xetafe”nin futbolçusu Leandro Kabrera “Espanyol”a transfer olunub.

Rekord.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

28 yaşlı uruqvaylı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

2010-2013-cü illər aralığında “Atletiko”da çıxış edən Kabrera, bu mövsüm “Xetafe” formasıyla La Liqada 18 oyunda 2 qol vurub.