Koronavirus pandemiyası səbəbindən uşaqlar və yeniyetmələr arasında keçirilən ölkə çempionatı oktyabrdan tez start götürməyəcək.

Rekord.az-a daxil olan məlumata görə, AFFA karantin müddətinin avqustun 1-ə qədər uzadılmasını və bu uzadılmanın sentyabra kimi olmaq ehtimalını nəzərə alıb uşaq liqalarına oktyabrdan tez başlamağı düşünmür.

Bununla belə, Operativ qərargah açıq havada məşqlərə icazə versə o zaman uşaq komandaları da sosial izoliyaziya qaydalarına əməl etməklə məşqlərini bərpa edə bilər.