Azərbaycan futbolunun hakimliklə bağlı problemləri bitib-tükənmək bilmir.

Rekord.az-a daxil olan məlumata görə, uşaq liqalarında hakimlik edənlərlə bağlı xüsusilə ciddi problemlər var.

Əldə etdiyimiz məlumata görə, problem tək forma çatışmazlığı ilə bağlı deyil. Vəziyyət o qədər acınacaqlıdır ki, hakimlər hətta sarı, qırmızı vərəqələri, hakim fitlərini də öz ciblərinin pulu ilə alırlar.