“Barselona”nın hücumçusu Ansu Fati komandanın kapitanı Lionel Messi ilə münasibətindən danışıb.

Rekord.az xəbər verir ki, gənc forvard argentinalı ilə çiyin-çiyinə oynamağın uşaqlıq arzusu olduğunu söyləyib.

17 yaşlı oyunçu ondan çox məsləhətlər aldığını da vurğulayıb: “Uşaqlıqdan Messi ilə oynamağın xəyallarını qururdum və indi bu gerçəkdir. Mənə çox məsləhətlər verir, matçlarda və məşqlərdə, eləcə də meydandan kənarda köməklik göstərir.

Bu, məni xoşbəxt edir. Hər gün inkişaf etmək istəyirəm, komanda yoldaşlarımdan öyrənməyə davam edirəm, çünki onlar ən yaxşılardır. Hər gün mənə kömək etməyə çalışırlar”.

İspaniya La Liqasının III turunda “Barselona”nın “Vilyarreal”ı 4:0 hesabı ilə məğlub etdiyi görüşdə Ansu Fati 2 qol vurub.