Usta cüdoçularımız Moskvada 2-ci oldular
- 16 May 2021 12:22
- 1044
Rusiyanın paytaxtı Moskva şəhərində usta cüdoçular arasında beynəlxalq turnir keçirilib.
Rekord.az xəbər verir ki, 15-ci dəfədir təşkil olunan nüfuzlu yarışda Rusiya, Yunanıstan, İspaniya, Gürcüstan, Ermənistan, Belarus, Monqolustan, Qırğızıstan, Tacikistan, Özbəkistan idmançıları ilə yanaşı Azərbaycanın veteran cüdoçuları da mübarizə aparıblar.
1/8 finalda Ermənistan komandasını 5:0 hesabı ilə məğlub edən usta cüdoşularımız 1/4 finalda Qırğızıstana 5:0, 1/2 finalda isə Tacikistan millisinə 3:2 hesabı ilə qalib gələrək finala çıxıblar.
Finalda meydan sahibləri Rusiya komandasına 2:3 hesabı ilə uduzan millimiz beynəlxalq turnirin gümüş medalını qazanıb. Belarus və "RROS Qvardiya" komandaları bürünc medallara sahib olublar.
Sonda yarışın mükafatçılarına kuboklar, medallar və diplomlar təqdim edilib.