Niderlandda kütləvi tədbirlər uzun müddət qadağan edilə bilər.

Rekord.az xəbər verir ki, ölkənin səhiyyə naziri Huqo de Yonq koronavirusa qarşı vaksin tapılana qədər kütləvi tədbirlərin keçirilməsinin düzgün olmadığını düşünür.

Siyahıya futbol da aiddi. Belə olan halda, azarkeşlərin uzun müddət stadionlara buraxılması mümkün olmayacaq. de Yonqun hökumətə ünvanladığı məktubda qeyd olunub: "Yalnız vaksin tapıldıqdan sonra kütləvi tədbirlər keçirilə bilər. Bunun nə vaxt baş verəcəyini isə hələlik heç kim bilmir. Əlbəttə, ümid edirik ki, peyvənd tezliklə tapılacaq, amma reallığa qalsa, bu, bir il, bəlkə də, bir ildən çox çəkəcək".

Qeyd edək ki, Niderlandda sentyabrın 1-nə kimi idman yarışlarının keçirilməsi qadağan edilib. Futbol üzrə ölkə çempionatı isə vaxtından əvvəl başa çatdırılıb.