“Olimpiakos”un futbolçusu Matye Valbuena “Real”ın hücumçusu Kərim Benzemanın yenidən Fransa millisinə dəvət almasına münasibət bildirib.

Rekord.az xəbər verir ki, Benzema millidəki sabiq komanda yoldaşı Valbuenanı şantaj etməkdə ittiham olunduğu üçün 2015-ci ildən Fransa yığmasından uzaqlaşdırılmışdı.

Valbuena “RMC Sport”a açıqlamasında Benzemanın milliyə qayıdışı ilə bağlı bunları deyib: “Heç bir şərhim yoxdur. Millini daha yaxşı bir hala gətirə bilərsə, bu, komanda üçün yaxşıdır. Deməyə sözüm yoxdur. Bu məşqçinin seçimidir. Mənim üçün baş məşqçi Didye Deşam bu vəziyyətdə onsuz da qalibdir”.

Xatırladaq ki, 2015-ci ildəki hadisəyə görə Benzema ilə yanaşı Valbuena da millidən uzaqlaşdırılıblar.