"Barselona"nın sabiq qapıçısı Viktor Valdes yenidən Kataloniya təmsilçisinə qayıdır.

Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki,  o,  klubun prezidenti Joan Laportanın təklifini qəbul edib. Sabiq qolkiper klubun futbol akademiyasında qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək. O, iyun ayından yeni işinə başlayacaq.

Qeyd edək ki, 2019-cu ildə "Barselona"nın U-19 komandasının baş məşqçisi olmuş Valdes bu vəzifədə cəmi 3 ay qalmışdı.

Xatırladaq ki, V.Valdes 2002-2014-cü illərdə "Barselona"nın əsas komandasında oynayıb.