“Valensiya” ona 80 milyon avro qiymət qoydu
- 23 İyl 2020 12:43
- 609
İspaniyanın “Valensiya” klubu müdafiəçisi Hüqo Gilyamonla müqavilənin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
20 yaşlı ispan futbolçu yeni müqaviləyə əsasən 2023-cü ilin 30 iyununa qədər “Valensiya”nın uğurları üçün çalışmağa davam edəcək.
Yeni müqavilədə gənc mərkəz müdafiəçisinə qiymət də qoyulub. Gilyamonu 2023-cü ilin yayından öncə transfer etmək istəyən klub “Valensiya”ya 80 milyon avro təzminat ödəməli olacaq.
Qeyd edək ki, Gilyamon “Valensiya”nın öz yetirməsidi. O, bu ildən əsas komandanın heyətində meydana çıxmağa başlayıb.