Vaqif Cavadov Hondanın transferini tənqid etdi: "Reklam üçün pul xərcləməkdənsə..."
- 06 Apr 2021 13:00
- 728
Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov Hondanın "Neftçi"yə transferini tənqid edib.
Rekord.az xəbər verir ki, "İdman" TV-də yayımlanan "Mərkəz xətti" verilişində qonaq olan Cavadov, yaponiyalının "ağ qaralar" üçün faydalı olacağını qəliz məsələ sayır.
Sabiq milli üzvü fikirlərini bu cür əsaslandırıb: "Futbolçunun hansı müddətə gəlməsindən çox şey asılıdır. Honda 2 aylıq gəlibsə, onun komandaya hansı faydası dəyə bilər? Başa düşürəm, 35 yaşı var. Amma bu yaşda da komanda üçün faydalı olmaq olar. Məsələn, Mahmud Qurbanov o yaşda çıxıb bir ötürmə verirdi, onunla da oyunun taleyi həll olunurdu. Honda hələ ki, bu mənada "Neftçi"yə kömək edə bilmir. Hiss olunur ki, formada deyil. Formada deyilsə, 2 aylıq onu butra gətirməyin nə mənası var? Reklam üçün pul xərcləməkdənsə, o pulu öz uşaqlarımızın yetişməsinə xərcləmək lazımdır. Bu gün 23-24 yaşlı Mirabdulla Abbasov bizə daha çox lazımdır, nəinki 35 yaşlı Honda".