Vaqif Cavadov: "Maksimal hədəfimiz kuboku qazanmaqdı"
- 14 Noy 2024 11:00
- 231
"Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov baş məşqçi təyinatından sonra meydançaya çıxdığı 4 turla bağlı ümumi təəssüratlarını bölüşüb.
Rekord.az-a açıqlamasında 35 yaşlı məşqçi bunları deyib: "İlk oyunda əlbəttə ki, həyəcanlı idik. Üstəlik, komanda problemli durumda idik. Məğlub olmağımıza baxmayaraq, komandanı toparlaya bildik. uşaqlar çıxıb ikinci və üçüncü oyunda qələbə qazana bildilər. "Araz Naxçıvan"la son oyunda uduzsaq da, futbolçularımın əzmkarlığından razı qaldım və onlara təşəkkürümü bildirirəm. İnanıram ki, bu yöndə işləsək, mübarizəmiz daha yüksək yerlər uğurunda olacaq. Məqsədimiz də odur ki, tutduğumuz mövqeydən asılı olmayaraq, hər oyuna qələbə üçün çıxaq. Ümumi götürsək, baxmayaraq ki, vacib qələbələrdən sonra turnir cədvəlində mövqeyimizi bir qədər yaxşılaşdırdıq, amma ümumilikdə problem tam aradan qalxmayıb. Çünki turnir cədvəlinə baxanda da görünür ki, komandalar bir-birinə xal baxımından sıx mövqeydə yerləşir. Bu mənada istəyimiz daha çox xal toplayıb daha rahat mövqeyə yüksəlməkdi. Bu yöndə də maksimum dərəcədə çalışacayıq ki, "Sumqayıt" klubu və şəhərimiz üçün maksimum nəticəni verə bilək".
Cavadov millinin oyunları ilə bağlı çempionatad yaranan fasilənin onlarlın işinə yarayıb-yaramadığı haqda da danışdı: "Deyərdim ki, bu pauza komandamızın daha da yaxşı yöndə gedişinə kömək olacaq. Baxmayaraq ki, komanda oyundan-oyuna artırırdı və fasilə də belə bir anda oldu, amma ümumi götürdükdə, bunu adekvat görməliyik ki, komanda olaraq bir-birimizi daha yaxından tanımaq və başa düşmək baxımından fasilə xeyirimizə olacaq".
Baş məşqçi fasilədən sonra komandadan gözləntilərini də dilə gətirdi: "Premyer Liqada maksimum yer uğurunda mübarizə aparacayıq. İnanıram ki, Sumqayıt şəhəri və futbolçuları buna qadirdi.şSon oyunlarda bunun sübutunu gördük. İnşAllah biz də bunun üçün əlimizdən gələni edəcəyik. Bundan başqa, kubok oyunları da var və burada da maksimal hədəfimiz kuboku qazanmaqdı. Nəsib olsa, buna çox sevinərik. İnanıram və hiss edirəm ki, "Sumqayıt" klubu buna qadirdi və futbolçular da bunu sübut edəcək".