"Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov həftəsonu "Neftçi" ilə prinsipial oyunla bağlı fikirlərini bölüşüb

Rekord.az-a açıqlama verən 35 yaşlı məşqçi öncə heyətlə bağlı sıxıntılardan danışıb: "Zədəli futbolçularımız var. MOİK-lə oyunda Sərtan da zədə aldı. Bu məqamlar işimizi çətinləşdirir. Amma buna baxmayaraq, oyuna tam məsuliyyərlə hazırlaşırıq və hədəfimiz doğma azarkeşlərimizi sevindirməkdi".

Cavadov Abasovun klubdan mübahisəli şəkildə ayrılmasının bu oyunu tərəflər üçün prinsipial etməsindən və bu amilin onun üzərində təzyiq yaradıb-yaratmaması haqda suala isə bu cür cavab verib: "Samir Avasovla rəhbərlik arasında olan məsələdən qırağam. Mənim işim komandanı oyuna hazırlamaqdı. Bilirik ki, bizi çətin oyun gözləyir. Amma qələbə üçün vuruşacağıq.  Bütün Sumqayıt azarkeşlərinə də stadiona gəlməyi və bizə dəstək olmağı xahiş edirəm".