![photo](https://www.rekord.az/storage/uploads/5/evezediciler.jpg)
Vaqif Cavadova 2 oyunluq cəza
- 07 Sen 2023 14:30
- 277
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 5-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Sabah-2” – “Turan Tovuz-2” oyununda “Turan Tovuz-2” komandasının futbolçusu İsmayıl İsmayılov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Turan Tovuz-2” komandası 150 manat cərimə edilib.
“Sumqayıt-2” – “Neftçi-2” oyununda “Sumqayıt-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Sumqayıt-2” komandası 70 manat cərimə edilib.
“Sumqayıt-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Neftçi-2” komandası 70 manat cərimə edilib.
“Sumqayıt-2” – “Neftçi-2” oyunu bitdikdən sonra “Sumqayıt-2” komandasının baş məşqçisi Vaqif Cavadov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Sumqayıt-2” komandası 150 manat cərimə edilib.
“Sumqayıt-2” – “Neftçi-2” oyununda xərəkdaşıyan uşaqların yaş limiti pozulduğuna görə “Sumqayıt-2” komandası 80 manat cərimə edilib.
“Qəbələ-2” – “Zirə-2” oyununda “Qəbələ-2” komandasının futbolçusu İbrahim Ramazanov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Qəbələ-2” komandası 50 manat cərimə edilib.