Madrid “Real”ı ilə yollarını ayıran Rafael Varanın İngiltərənin “Mançester Yunayted” klubuna transferi tam rəsmiləşib.

Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.

Fransız stopperlə 4 illik müqavilə imzalanıb. “Qırmızı şeytanlar” bu transferə görə Madrid klubuna 40 milyon avro ödəyib. Müdafiəçi yeni komandasında “19” nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Varan 2011-ci ildən “Real”da çıxış edirdi. O, bu komandanın heyətində 360 matça çıxıb. 28 yaşlı futbolçu daha öncə yetirməsi olduğu Fransanın “Lans” klubunda forma geyinib. Fransa millisində 79 matça çıxan mərkəz müdafiəçisi, 5 qol da vurub.