"Real" futbolçusu Rafael Varan klubu ilə müqaviləsini yeniləmək istəmir.

Rekord.az "ABC"yə istinadən xəbər verir ki, fransalı müdafiəçi karyerasını "Mançester Yunayted"də davam etdirmək niyyətindədir. İngiltərə təmsilçisinin  28 yaşlı oyunçuya 5 illik müqavilə təklif etdiyi vurğulanıb.

Madrid klubunun Varanı 70 milyon avroya satmağa hazır olduğu bildirilib.

Qeyd edək ki, futbolçunun "Real"la hazırkı müqaviləsi 2022-ci ilin yayına qədərdir. O, 2020/2021 mövsümündə İspaniya çempionatında meydana çıxdığı 31 matçda 2 qol vurub.