
Vardidən ayrılıq qərarı
- 24 Apr 2025 16:40
- 54
"Lester Siti"nin futbolçusu Ceymi Vardi cari mövsümün sonunda bu komandadan ayrılacaq.
Rekord.az xəbər verir ki, 38 yaşlı hücumçu bu barədə İngiltərə klubunun sosial şəbəkə hesabındakı videosunda bildirib.
Vardi 2012-ci ildən Lester təmsilçisində çıxış edir. O, bu mövsüm Premyer Liqada 7 qola imza atıb.
İngiltərə çempionatında 18 xalla 19-cu sırada yer alan "Lester Siti"nin Çempionşipə düşəcəyi dəqiqləşib.