Rusiyanın məşhur idman jurnalisti və şərhçisi Vasili Utkin vəfat edib.

Rekord.az xəbər verir ki, bu barədə Utkinin sahibi olduğu "Erqisi" futbol klubunun rəsmi Telegram kanalı məlumat yayıb. 

Utkin 52 yaşında dünyasını dəyişib. O, bir neçə ildir ki, artıq çəkidən, ürək-damar sistemindəki problemlərdən əziyyət çəkirdi.

Qeyd edək ki, 1989-cu ildən televiziyada işləməyə başlayan Utkin daha çox NTV kanalındakı şərhçiliyi ilə məşhurlaşıb. 2010-cu ildən 2015-ci ilədək Utkin "NTV-Plus"da idman kanallarının baş redaktoru vəzifəsində çalışıb. O, 2018-ci ilin iyun ayından YouTube kanalında müəllifi olduğu  "Futbol Klubu" proqramını aparırdı.