Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Şamaxı şəhər stadionunda futbol idman növü üzrə idman ustası Vəli Qasımovun rəhbərliyi altında "İdman hamı üçün" layihəsi çərçivəsində futbol idman növü üzrə ustad dərsi keçirilib.

Rekord.az xəbər verir ki, təlim zamanı iştirakçılar qızışdırıcı fiziki hərəkətləri yerinə yetirdikdən sonra məşqçi Vəli Qasımov yetirmələrinə müəyyən taktiki və texniki kombinasiyaları izah ediblər.

Sonra həmin hərəkətlərin təkrarlanması ilə idmançılar bu texnikanı mənimsəyiblər.