Uzun müddətdir zədədən əziyyət çəkən "Sumqayıt"ın Şimali Makedoniyadan olan legioneri Velinovski tam sağalıb.

Rekord.az-ın əməkdaşı ilə söhbətdində yarımmüdafiəçi zədəsininm tam sağaldığını, oynamağa hazır olduğunu bildirib.

Baş məşqçi Samir Abasov məsləhət bildiyi anda meydançaya çıxıb komandasına kömək edəcək.

Qeyd edək ki, Velinovski ötən ilin oktyabrında "Lerik"lə kubok matçında ağır zədə almışdı. Rəqib futbolçunun arxadan müdaxiləsi nəticəinsə ayağı qırılmışdı.