Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında sentyabrın 3-də 100 metr məsafəyə qaçış üzrə çempion olan Azərbaycan paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) növbəti sınağına çıxıb.

Rekord.az xəbər verir ki, idmançı bu dəfə bacarığını 400 metr məsafədə göstərib.

Azərbaycan təmsilçisi 56,51 saniyə nəticə ilə təsnifat mərhələsini 2-ci pillədə başa vurub. Final mərhələsi sentyabrın 7-də baş tutacaq.

Azərbaycan paralimpiyaçıları Paris-2024-də 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.