Futbol üzrə Amerika Kubokunda 3-cü turun növbəti oyunları keçirilib.

Rekord.az xəbər verir ki, ABŞ-də təşkil olunan turnirin B qrupunda Meksika Ekvadorla qarşılaşıb.

Görüş qolsuz bitib.

Qrupun digər oyununda isə Venesuela millisi Yamaykanı üstələyib - 3:0.

Bu nəticələrdən sonra Venesuela (9 xal) və Ekvador (4 xal) komandaları 1/4 finala vəsiqəni təmin ediblər.