“Arsenal”ın sabiq çalışdırıcısı Arsen Venger “Liverpul”un düşərgəsinə baş çəkib.

Rekord.az xəbər verir ki, hazırda FİFA-da çalışan Venger “Liverpul”un bir neçə təmsilçisini mükafatlandırmaq üçün komandanın düşərgəsinə gəlib.

FİFA 2020-ci ilin rəmzi yığmasına Alison Bekker, Trent-Aleksandr Arnold, Vircil van Deyk və Tyaqo Alkantaranı daxil etmişdi. Yurgen Klopp isə dünyanın yaxşı baş məşqçisi seçilmişdi.

Venger məhz həmin ilin mükafatlarını təqdim etmək üçün Liverpula təşrif buyurub. O, məşqdən sonra əvvəllər rəhbərliyi altında oynamış Aleks Oksleyd-Çemberlenlə söhbətləşib.