Venger prezientlikdən imtina etdi
- 18 Fev 2020 16:22
- 822
“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger Fransanın “Renn” klubunun prezidentlik təklifini rədd edib.
Rekord.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb. “Renn”in hazırda boş olan prezident vəzifəsi üçün Vengerə təklif göndərdiyi, ancaq fransız mütəxəssisdən “yox” cavabı aldığı bildirilir.
“Renn”də bir müddət əvvəl prezident Olivye Letanqa vəzifəsindən ayrılmışdı.
Qeyd edək ki, "Renn" dünyanın ən varlı sahibkarlarından biri Fransios Pinolta məxsusdur.