Almaniya Bundesliqasında 2020/21 mövsümündə iştirak edəcək son klubun adına aydınlıq gəlib.

Rekord.az xəbər verir ki, Bundesliqaya vəsiqə uğrunda pley-offun cavab oyunu keçirilib.

Elitanı 16-cı pillədə başa vuran "Verder" Bundesliqa II-də 3-cü yeri tutan "Heydenheym"ə səfərdə qollu bərabərliyə imza ataraq, Bundesliqada qalmağı bacarıb. Bu komandalar arasında Bremendəki ilk matçda qolsuz heç-heçə qeydə alınıb. "Verder" məhz səfər qolları sayəsində yüksək dəstədə qalıb.

Bundesliqa II-də ilk iki yeri tutan "Arminiya" və "Ştutqart" da elitada iştirak hüququ əldə edib. Bundesliqada mövsümü son yerlərdə bitirən "Fortuna" ilə "Paderborn" isə aşağı liqaya yuvarlanıb.

"Heydenheym" - "Verder" 2:2
Kleyndienst, 85, 90+7 (pen.) - Terekauf, 4 (avtoqol); Auqustinsson, 90+4