
Veşoviç də gedir?
- 11 Apr 2025 12:00
- 144
Mövsümün sonuda "Qarabağ"da ciddi islahatların olacağına dair xəbərlər səngimir.
Rekord.az xəbər verir ki. əksər yerlilərlə bərabər, bəzi legionerlərin də komandadan gedəcəyi gözlənilir.
Bu legionerlərdən biri də Marko Veşoviçdi. Əvvəllər Ağdam klubunun aparıcı üzvlərindən olan Marko zədədən sonra tam olaraq formasını bərpa edə bilməyib. Üstəlik, yaş amili də var. Məhz bu səbəbdən Qurban Qurbanov tərəddüt içindədir. Görünür buna görədir ki, "Qarabağ" Veşoviçə hələ də yeni müqavilə təklif etməyib.