"Vest Hem"in tarixinə düşdü
- 25 Avq 2021 12:42
- 514
“Vest Hem”in futbolçusu Maykl Antonio klubun tarixinə düşüb.
Rekord.az London təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yamaykalı hücumçu klubun ən yaxşı bombardiri olub.
İngiltərə Premyer Liqasının 2-ci turunda “Lesterlə görüşdə (4:1) dubl edən 31 yaşlı forvard "Vest Hemin heyətində Premyer Liqada ən çox qol vuran futbolçu ünvanını qazanıb.
2015-ci ildən “Vest Hem”də çıxış edən Antonio indiyə qədər 49 qol vurub. O, bu göstərcidə Paulo Di Kanionu (47 qol) geridə qoyub.