Vətən müharibəsində şəhid olan azarkeşlər...
- 29 Dek 2020 17:00
- 753
Azərbaycan ordusu Qarabağ uğrunda döyüşlərdə düşməni məhv etdi. Əsgərlərimiz erməniləri torpaqlarımızdan qovaraq kəndlərimizi, rayonlarımızı, şəhərlərimizi işğaldan azad etdi. Bu yolda 2800-dən artıq azərbaycanlı şəhid, qazi oldu. Onların hər birinin ruhu qarşısında baş əyirik.
Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı açıqlanıb. Rəsmi məlumata görə, 2802 nəfər Qarabağ döyüşlərində həlak olub. Şəhidlər arasında futbola, klublarımıza azarkeşlik edən şəxslər də var. Onlardan 12 nəfər futbol camiəsinə bağlı qəhrəmanlardı. Bu rəqəm, sadəcə, rəsmi fanklub üzvü olanlara aiddi. Şəhid Fərid Dursunov isə “Qalatasaray”ın azarkeşi olub. Hətta dostlarına “şəhid olsam, məzarıma “Qalatasaray” bayrağı asın”, - deyə vəsiyyət edib.
Şəhidlərin hansı klublarımızın rənglərinə bağlı olduqlarını öyrənmək üçün Azad Azarkeşləri Birliyinin rəhbəri rəhbəri Atanur Cəfərliyə müraciət etdik. Qurum rəsmisi şəhid olan azarkeşlərin siyahısını bizə təqdim etdi. Vətən uğrunda həlak olanlardan 5-i “Qəbələ”nin fanatı olub. Siyahıda “Qarabağ”, “Neftçi”, “Kəpəz”in hərəyə 2, “Keşlə”nin isə 1 azarkeşi yer alıb.
"Qəbələ" - Təbriz Qasımov, Tapdıq Ağayev, Elməddin Mustafayev, Tural Cəlilov, Rüstəm Atakişizadə
"Qarabağ" - Məhəmmədəli İbrahimli, Teymur Məcidzadə
"Neftçi" - Afiq Qulamlı, Rüfət Əsgərli
"Kəpəz" - Anar Məmmədov, Əmrah Rəcəbov
"Keşlə" - İsrail Cəfərov
Sektor11 - Ziyadxan Əliyev
"Qalatasaray" - Fərid Dursunov