Universiadada iştirak edən Azərbaycanın tələbə oğlanlardan millisi yarışa hazırlığını davam etdirir. "Rekord.az" xəbər verir ki, hazırda çində olan komandamızın üzüv Ramazan Ağabəyov fikirlərini bölüşüb. Yığmamızın blokçusunun açıqlamasını təqdim edirik:

"XXXI Ümumdünya Yay Universiadasında C qrupunda mübarizə aparacağıq. Rəqiblərimiz də kifayət qədər güclü komandalardır. Qrupdan çıxmaq üçün ilk iki pilləni tutmaq lazımdır. Biz də çalışacağıq ki, bu görüşlərdə qələbə qazanaraq qrup mərhələsini adlayaq və daha da irəli gedək.

Qarşılaşmaların vacibliyini anlayırıq. İlkin məqsədimiz qrupdan çıxmaqdır və bunun üçün çalışacağıq. Universiadada yaxşı çıxış edib Vətənə uğurlu nəticə ilə dönmək üçün əlimizdən gələni edəcəyik".