Veteran cüdoçulardan AÇ-də daha 8 medal
- 04 İyn 2022 21:41
- 535
Yunanıstanın Heraklion şəhərində keçirilən usta cüdoçular arasında Avropa çempionatında fərdi yarışlara yekun vurulub.
Rekord.az xəbər verir ki, veteranlardan ibarət komandamız çempionatın üçüncü gününü ümumilikdə 8 medalla başa vurublar.
Xatırladaq ki, komandamızın üzvləri ilk gündə 6, ötən gün isə 5 medal qazanmışdılar. Bu nəticələrə əsasən, veteranlarımız çempionatda kişilər arasında və ümumi hesabda birinci yerdə qərarlaşıb.
İdmançılarımız sabah komanda yarışlarına qoşulacaq.
Azərbaycanlı veteran cüdoçuların fərdi yarışlarda qazandığı bütün medalların siyahısını təqdim edirik:
M1 yaş kateqoriyası
-73 kq. Nadir Babayev – qızıl medal
-100 kq. Tural Səfquliyev – qızıl medal
M2 yaş kateqoriyası
-66 kq. Vüqar Babayev – gümüş medal
-73 kq. Məmməd Məmmədov – qızıl medal
-81 kq. Samir İsmayılov – qızıl medal
-100 kq. İntiqam Ələkbərov – gümüş medal
İlham Heydərov – bürünc medal
Ramil Muradov – bürünc medal
M3 yaş kateqoriyası
-81 kq. Azər Fətullayev – qızıl medal
M4 yaş kateqoriyası
-60 kq. Babək Hacıyev – qızıl medal
-73 kq. Rauf Fərzəliyev – bürünc medal
-90 kq. Mahir Ağamirzəyev – gümüş medal
-100 kq. Emil Hüseynov – qızıl medal
M5 yaş kateqoriyası
-73 kq. Müşviq Cəfərov – gümüş medal
-90 kq. Mübariz Cəfərov - qızıl medal
+100 kq. Qabil Qasımov - gümüş medal
M6 yaş kateqoriyası
-81 kq. Natiq Qasımov – bürünc medal
M7 yaş kateqoriyası
-90 kq. Fərhad Rəcəbli - qızıl medal
M8 yaş kateqoriyası
-81 kq. Şamil Sövzəliyev - bürünc medal