
Veysəl Rzayevin cəzası açıqlandı
- 08 Apr 2025 13:40
- 105
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Premyer Liqanın 29-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Səbail” – “Turan Tovuz” oyunu bitdikdən sonra “Turan Tovuz” klubunun 77 nömrəli futbolçusu Veysəl Rzayev azarkeşi vurmağa cəhd etdiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalandırılıb, “Turan Tovuz” klubu 2000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
“Sabah” – “Kəpəz” oyunu bitdikdən sonra “Kəpəz”in azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Kəpəz” klubu 1500 manat cərimə edilib.
“Araz-Naxçıvan” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Sumqayıt” klubu 1000 manat cərimə edilib.